Rusiya yaranan təhlükədən narahatdır - – ADMİRAL AÇIQLADI
Siyasət
“ABŞ ordusunda geniş istifadə olunan “Tomahawk” raketləri ölkəmizin təhlükəsizlik sisteminə bilavasitə təhdid yaradır”.
News24.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Nikolay Yevmenov deyib.
O bildirib ki, Sakit və Atlantik okeanlarında, eləcə də Aralıq dənizindəki gəmilərdə quraşdırılmış həmin raketlər uzaq məsafədən Rusiya ərazisinə sarsıdıcı zərbə endirmək qabiliyyətinə malikdir.
Admiralın sözlərinə görə, ölkəsinin milli təhlükəsizliyinə təhdid yardan daha bir faktor dəniz sərhədləri boyunca yerləşən dövlətlərin mütəmadi patrul fəaliyyətidir:
“Sərhədlərimiz boyunca yerləşən dövlətlərin qanunsuz patrul fəaliyyəti Rusiyanın Arktikadakı maraqları ilə yanaşı, Şimal tərəfdən dəniz yolunu da ölkəmiz üçün əlçatmaz etməyə hesablanıb. Həmin yoldan isə çox güman ki, hazırda digər dövlətlərin hərbi gəmiləri hərəkət edir. Bundan əlavə, sərhədə yaxın ərazidə ABŞ və Böyük Britaniya ordusuna məxsus raket daşıyıcı gəmilərin yerləşdirilməsi, habelə burada yeni hərbi hissələrin yaradılması və komplektləşdirilməsini də ciddi təhlükə sayırıq”.
Fərid Azəri