Rusiyadan sülh müqaviləsi - AÇIQLAMASI: "Buna Bakı və İrəvan qərar verəcək"
Siyasət
"Sülh müqaviləsinin nə vaxt və harada imzalanacağına Bakı və İrəvan qərar verəcək".
News24.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”yə müsahibəsi zamanı bildirib.
Nazir müavini bildirib ki, Rusiya Cənubi Qafqazda baş verən hadisələrdən kənarda qala bilməz:
“Rusiya tarixən Qafqaz dövlətlərindən biridir. Regionda və dünyada yeganə ölkədir ki, həm Azərbaycan, həm də Ermənistanla müttəfiqlik münasibətləri mövcuddur. Biz Azərbaycan və Ermənistana - iki qonşu dövlətin barışığına, sülhün və təhlükəsizliyin bərpasına töhfə verə biləcək sülh müqaviləsi üçün səylər göstərmişik və göstərməkdə davam edirik"
Qumral