Şahbaz Şərif Bakıdakı hərbi paradla bağlı paylaşım etdi
Siyasət
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi və xalqı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
News24.az xəbər verir ki, bununla bağlı Məhəmməd Şahbaz Şərif özünün "X" hesabında paylaşım edib.
"Azərbaycan Prezidentinə və xalqına tarixi Vətən Müharibəsində qazandıqları qələbənin 5-ci ildönümü münasibətilə səmimi təbriklərimi çatdırıram.
Bakının möhtəşəm Zəfər Paradını, Azərbaycanın cəsarətini və birliyini nümayiş etdirən bu mərasimi izləmək mənim üçün şərəf oldu", – Pakistanın Baş naziri yazıb.