"Qarşısı alınmasa terror hücumlarının sayı artacaq - POLİTOLOQ

"Qarşısı alınmasa terror hücumlarının sayı artacaq - POLİTOLOQ Siyasət

Azərbaycannın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Tofiq Abbasov  bildirib ki, Ermənistan ənənvi xislətinə uyğun olaraq  mənfur keyfiyyətini nümayiş etdirir. 

İlk dəfə deyil ki,  erməni icmaları tərəfindən Azərbaycanın xüsusi diplomatik nümayəndəliklərinə hücum edilir. İndiyə qədər dəfələrlə terror aktları baş verib. Əlbəttə bu proseslərə göz yummaq olmaz. Ermənilər məğlubiyyətlərini dərindən yaşayaraq daxili qüvvələrini cilovlaya bilmirlər. Bu səbəbdən də terrora əl atırlar. Belə davam edərsə, Azərbaycan lazımi tədbirlərə əl atacaq”

Politoloqun sözlərinə görə, ermənilər dünyada yeganə xalqdır ki, özünün terror fəaliyyəti ilə öyünür: 

“Onların əksəriyyəti radikal və barışmaz mövqe ilə çıxış edirlər. Azərbaycanın xeyli sayda imkanları var ki, dünya birliyini BMT-nin xətti ilə məlumatlandırsın, həm də bu hücum aktının diqqətlə tədqiq edilməsi üçün tələb irəli sürsün. Nəticədə prosesdə işrirak edənlər məsuliyyətə cəlb olunsunlar. Əslində ermənilərin bu davranışı onların nə qədər cılız, qisasçı və təhlükə mənbəyi olduğunu bir daha nümayiş etdirir. Sözügedən akta dırnaqarası baxmaq olmaz. Ermənilərin iç üzü bir daha dünya ictimaiyyətinə çatdırılmalıdır. Qarşısı alınmadığı təqdirdə terror hücumlarının sayı artacaq"

Ayşən Rəhim