Serbiya hərbçiləri Azərbaycan mahnısı ifa etdi- Video

Serbiya hərbçiləri Azərbaycan mahnısı ifa etdi-  Video Siyasət

“Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiçin təşkil etdiyi şam yeməyində Serbiyanın hərbi orkestri Azərbaycan mahnısı olan “Ay Laçın”ı ifa etdi”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” hesabında yazıb.

Diplomat bunun Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jesti olduğunu bildirib.(Apa)