Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik etdi

Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik etdi Siyasət

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

News24.az xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycan Respublikasının Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması münasibəti ilə təbrik edirəm”, - deyə Türkmənistan Prezidenti vurğulayıb.(APA)