Səsvermə yekunlaşır - SON DƏQİQƏ - Canlı
Siyasət
Bu gün Azərbaycanda Prezident seçkiləri çərçivəsində səsvermə prosesi yekunlaşıb.
News24.az-ın məlumatına görə, saat 19.00-da seçki məntəqələrində səsvermə prosesinə yekun vurulub.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.