"Şou xarakterli addımlardansa...” - Hikmət Hacıyev
Siyasət
Ermənistan Azərbaycanla razılaşdırılmadan demonstrasiya və populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycanın sərhədinə, yəni Laçın sərhəd-keçid məntəqəsinə gətirmişdir.
News24.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın humanitar yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
“Dünən isə erməni lobbisinin tərəfdarı və təsirində olan bəzi korrupsioner Avropa siyasətçiləri də bu teatr xarakteri daşıyan dramın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur və bu kimi ucuz şou xarakterli addımlardansa real məsələləri yerində həll etmək lazımdır”, - o əlavə edib.