Simonyan jusnalisti susdurdu: "Qarabağ Azərbaycana məxsusdur"

Simonyan jusnalisti susdurdu: "Qarabağ Azərbaycana məxsusdur" Siyasət

Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağa "Artsax" deyən jurnalisti susdurub.

News24.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

“Niyə "Artsax" deyirsiniz? Ermənistan Respublikanının ərazilərinə Azərbaycan adları veriləndə siz niyə narazı olursunuz? Məsələn, Sevana başqa ad qoyurlar?”, — deyə Simonyan jurnalistə cavab verib.

Simonyan bir zamanlar özünün də “Artsax” dediyi barədə irada cavab olaraq, - mən səhv etdim. Əks halda xahiş edirəm, əgər hansısa ölkədə kimsə Yerevanı İrəvan adlandırırsa və Sevana başqa ad qoyursa, məyus olmayın”, — o deyə əlavə edib.

Jurnalistlərin “Sevan bizimdir” qeydinə cavab olaraq, parlament sədri bildirib:

“Və Qarabağ Azərbaycana məxsusdur".