Siyasi səhnədə gərginlik artır – Trampın planı Avropanı hərəkətə gətirdi
Siyasət
Avropa ölkələrinin liderləri ABŞ prezidenti Donald Trampın irəli sürdüyü “sülh planı” ilə bağlı Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq niyyətindədirlər.
News24.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında Avropa tərəfinin qarşıdakı həftəsonu Zelenski və ABŞ nümayəndələri ilə planla bağlı əsas məsələləri müzakirə etmək istədiyini bildirib.
O, özü həmin görüşə qatılıb-qatılmayacağına dair qəti fikir bildirməyib:
“Vaxtımızı boş yerə xərcləmək istəmirik. Hər şey Avropanın nə təklif edəcəyindən asılı olacaq", - deyə Tramp vurğulayıb.
Görüşün Avropa məkanında baş tutması planlaşdırılır.