“Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir”

“Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir” Siyasət

“Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur”.

News24.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar. Qışda isti, yayda sərin otaqlarda insanları... Nəysə, bu sözü demək istəmirəm. Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir”, - deputat əlavə edib. (Qafqazinfo)