Sülh sazişindən sonra ləğv olunur – Müşahidə missiyasına ehtiyac qalmadı
Siyasət
Azərbaycan arasında sülh sazişi qüvvəyə mindikdən sonra müşahidə missiyasına artıq ehtiyac qalmayacaq.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyasının efirində Aİ-nin ölkədəki mülki müşahidə missiyasının (EUMA) rəhbəri, respublikadakı fəaliyyətini başa vuran Markus Ritter məlumat verib.
Onun sözlərinə görə, missiyanın 2023-cü ildən bəri həyata keçirdiyi fəaliyyətlər gələcəkdə də müəyyən formada davam etdiriləcək.
Müşahidə missiyasının rəhbəri həmçinin vurğulayıb ki, 2025-ci ilin avqustunda Vaşinqton razılaşmaları imzalandıqdan sonra sərhəddə heç bir insident qeydə alınmayıb.