"İstər 10, istərsə də 15 il olsun" - 82 yaşlı Ağacan Abiyev namizədliyini verməyəcək

"İstər 10, istərsə də 15 il olsun" - 82 yaşlı Ağacan Abiyev namizədliyini verməyəcək Siyasət
“Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yenidən namizədliyimi irəli sürməyəcəyəm”.
 
News24.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
 
Deputat Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının parlamentin buraxılması barədə təşəbbüsünü düzgün adlandırıb: “İstər 5, istər 10, istərsə də 15 il olsun, hesab edirəm ki, dinamik dəyişmə olmalıdır. Dinamik dəyişmə tez-tez olursa demək ki, hərəkətlidir. Dinamika yüksək olan yerdə böyük dəyişikliklər ola bilər”.