"Sülh müqaviləsi hamıdan çox Ermənistana lazımdır"

"Sülh müqaviləsi hamıdan çox Ermənistana lazımdır" Siyasət

Ermənistanda sülh danışıqları ilə bağlı Təhlükəsizlik Şurasının katibi və spikeri konstruktiv mövqe, XİN başçısı isə destruktiv yanaşma nümayiş etdirir. Bəs, Nikolun hədəfi nədir - sülh, ya hakimiyyətini qorumaq?

Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Azər Badamov bildirib ki, Ermənistanda sülh danışıqları ilə bağlı Təhlükəsizlik Şurasının katibi və spikeri konstruktiv mövqe, XİN başçısı isə destruktiv yanaşma nümayiş etdirməsi Nikol Paşinyanın apardığı ikiüzlü siyasətindən irəli gəlir:

"Əgər belə olmasaydı dövlət rəsmiləri eyni mövqedən çıxış edərdilər. Son vaxtlar Qərbin islamofob və azərbaycanofob siyasətini görüb ermənilər ruhlanıblar. Ararat Mirzoyan elə bilir ki, AŞPA-da Azərbaycanın etmadnaməsini təsdiq etməməklə Ermənistan qələbə qazanmışdır və onların bütün problemləri həll olunmuşdur.  Mirzoyan AŞPA-nın boş-boşuna danışıqlara qulaq asıb özlərini qeyri konstruktiv göstərməkdə davam edərsə, Ermənistan ümumiyyətlə sülh müqaviləsi imzalamaq fürsətindən məhrum olacaqdır. Bu gün sülh müqaviləsinin imzalanması Ermənistana hamıdan çox lazımdır. Çünki, Azərbaycanla sülh müqaviləsi imzalanacağı təqdirdə Ermənistanın dünyaya qapıları açılacaq. Əks halda yenə də dünyadan təcrid olunmuş vəziyyətdə qalacaqdır. Ermənistan bilməlidir ki, minlərlə kilometr uzaqda yerləşən Fransa, Almaniya və digərləri onlara boş vədlərdən başqa heç nə verə bilməzlər. Anacaq Azərbaycanla sülh müqaviləsi bağlanacağı təqdirdə onlara yeni fürsətlər yaranacaqdır. Təbii ki, Ermənistanın rəhbərləri yaranmış bu fürsəti dəyərləndirməyi bacarmalıdırlar. Əks halda qərbin lağlağı söhbətlərin qurbanı olaraq bataqlıqda qalacaqlalar".

Qumral