"Sülhməramlılar ermənilərə taxıl əkir, yer belləyir" - Aqil Abbas
Siyasət
Xəbər verdiyimiz kimi, Paşinyan Rusiyanı Qarabağın təhlükəsizliyini təmin etmək missiyasını yerinə yetirmədiyinə görə qınayıb. Sözügedən ölkənin Prezidentinin mətbuat katibi Dmitri Peskov ona cavab olaraq bildirib ki, Rusiya bu regionun bir hissəsi olaraq qalacaq və onu tərk edə bilməz.
News24.az onların "söz atışmasına" siyasilərdən fikir öyrəndi.
Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Aqil Abbasın sözlərinə görə, Paşinyan düzgün vurğulayıb ki, sülhməramlılar öz vəzifəsini yerinə yetirmir.
"Sülhməramlılar orda ermənilərə qulluq edir taxıl əkir, yer belliyir və s. Qaldı ki, Peskovun dediklərinə, Rusiyanın gözü hər zaman Cənubi Qafqazda olub. Onların burdan əl çəkməməyi normaldır. Tarix boyu hər zaman bu bölgə üçün döyüşüblər".
Aydan