Tanınmış klinikanın həkimi pasiyent tərəfindən döyüldü

Tanınmış klinikanın həkimi pasiyent tərəfindən döyüldü Siyasət
Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 184-də yerləşən "Turan” klinikasında qeydə alınıb.

Klinikada həkim işləyən, 1984-cü il təvəllüdlü Jalə Həsənova orada müalicə alan Fazilə Mahmudova  tərəfindən döyülüb. 
Zərərçəkən döyülmə faktı ilə əlaqədar 34-cü Polis Bölməsinə şikayət ərizəsi yazıb. Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla əlaqədar polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.

Tanınmış klinikanın həkimi pasiyent tərəfindən döyüldü