TƏCİLİ! Putin Təhlükəsizlik Şurasını toplayır
Siyasət
Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
RTV Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov deyib.
“Prezident Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə şəxsən operativ görüş keçirəcək. Bu, nadir haldır, amma olur”, - Peskov bildirib.
O, iclasda hansı məsələlərin müzakirə olunacağını açıqlamayıb. Peskov həmçinin Rusiyaya işgüzar səfərə gələcək Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya preizdenti Vladimir Putin arasında görüş keçiriləcəyini də söyləyib.