"Texas hadisələri mərkəzi hakimiyyətə üsyandır" - ANALİTİKLƏR / VİDEO

"Texas hadisələri mərkəzi hakimiyyətə üsyandır" - ANALİTİKLƏR / VİDEO Siyasət

Texasda baş verənlər mərkəzi hakimiyyətə qarşı üsyan kimi dəyərləndirilir. 

News24.az-ın məlumatına görə, bu barədə siyasi ekspertlər proqnoz verib.

Onların sözlərinə görə, ştat rəhbərliyinin hakimiyyəti dövlət büdcəsini Rusiya-Ukrayna müharibəsində sonuncuya dəstək, eləcə də Yaxın Şərq münaqişəsi üçün xərcləməkdə ittiham edib. 

Digər səbəb isə Meksika ilə sərhəddə minlərlə miqrantın gözləməsidir. Etirazçı kütlə hesab edir ki, rəsmi Vaşinqton bir neçə il boyunca davam edən problemin həllinə çalışmayıb. 

2024-cü ilin əvvəlində isə vəziyyət nəzarətdən çıxmağa başlayıb. Yanvarın 13-də baş verən kütləvi iğtişaşlarda tərəflər bir-birinə silah belə çəkib. Nəticədə sərhəd nöqtəsinin bir neçə kilometri ələ keçirilib. O da məlum olub ki, 2023-cü ilin dekabrında sərhədi 225 min nəfər keçməyə nail olub. Məsələ məhkəməyə qədər daşınıb. Məhkəmə sərhədə quraşdırılan dəmir maneələrin sökülməsinə qərar versə də, o icra edilməyib. 

Baydenin etirazçı kütləyə ultimatumuna cavab olaraq, aksiya iştirakçıları Baydeni Prezident andını pozmaqda ittiham edib. Çünki ABŞ prezidenti aksiya iştirakçılarına qarşı silahdan istifadənin mümkünlüyü barədə bəyanat verib. Bir müddət sonra Texasdakı aksiyaya 25 ştatın qubernatorları da dəstək verib. Onlar Baydenin addımlarını hücum kimi qiymətləndirib.  

Bu arada, ştatın rəhbərliyi yanvarın 29-da yaydığı açıqlamada sərhəd xətti boyunca tikanlı məftillərin yerləşdiriləcəyini açıqlayıb. O bunu ştat ərazisinə miqrant axını azaltmaq istəyi ilə əlaqələndirib. 

Bu arada, ABŞ-nin 45-ci prezidenti Donald Tramp da məsələyə münasibət bildirib. O Texasda yaranmış vəziyyəti tarixin ən ağır sınağı adlandırıb. Bayden həmçinin ölkəni terror hadisələrinin bürüyə biləcəyi barədə bəyanat verib.

Fərid Azəri