"Təxribatlar bir neçə qüvvələr tərəfindən törədilir" - Fərid Şəfiyev
Siyasət
Xəbər verdiyimiz kimi, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.
Sərhəddəki gərginliklə bağlı News24.az-a açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib ki, bu təxribatlar bir deyil, bir neçə qüvvələr tərəfindən törədilir:
“Məlum olduğu kimi, mayın 14-də Brüsseldə keçiriləcək görüşə razılaşan Nikol Paşinyan mayın 9-u Moskvaya bir günlük səfər edir. Ermənistana qayıdandan bir neçə saat sonra isə erməni ordusu İran dronları ilə Azərbaycana hücum edir. Düşünürəm ki, bu təxribatlarda kənar qüvvələr iştirak edir. Digər faktor da ondan ibarətdir ki, ermənilərin ordusu revanşist qüvvələrlə doludur. Ola bilsin ki, onlar məhz bu görüş ərəfəsində belə bir təxribat törətsin. Çünki indi gündəmdə olan əsasən Vaşinqton və Brüssel görüşləridir. Hal-hazırda bu görüşlərin nəticələri müzakirə olunur. Yəni, təxribatlar həm Ermənistanın daxilində olan revanşist qüvvələr, həm də kənar ölkələr də tərəfindən törədilə bilər. Təbii ki, bunu edənlərin də öz siyasi məqsədləri var".
Aynurə Pənahqızı