“İtirilmiş ərazilər heç vaxt Ermənistana məxsus olmayıb” - Nikol Paşinyan

“İtirilmiş ərazilər heç vaxt Ermənistana məxsus olmayıb” - Nikol Paşinyan Siyasət

1988-ci ildə başlayan qondarma “Qarabağ hərəkatı” ölümcül səhv idi.

News24.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kornidzor kəndində sakinlərlə görüşü zamanı deyib.

“Etiraf etməliyik ki, “Qarabağ hərəkatı” bizim üçün ölümcül səhv olub”, – deyə Paşinyan bildirib.

O qeyd edib ki, 1990-cı illərdə Qarabağ münaqişəsində erməni tərəfinin “qələbəsi” barədə çox danışılıb:

“Bəs qalib gəlmiş Ermənistanda rifah, azadlıq və sərbəst iradə ifadəsi vardımı? “Qarabağ hərəkatı” ilə bağlı amillər dövlətimizin inkişafının qarşısını almaq üçün istifadə olunurdu. Bizi əraziləri itirməkdə ittiham edirlər. Amma açıq demək istəyirəm ki, biz ərazi itirməmişik. Əslində, itirməkdə ittiham olunduğumuz həmin ərazilər heç vaxt bizə məxsus olmayıb”, – deyə Ermənistan baş naziri vurğulayıb.

Paşinyan əlavə edib ki, son bir neçə ildə keçilən yol çətin olsa da, bu proses düzgün nəticələr çıxarmağa imkan verib.