Tofiq Zülfüqarov Ceyms O`Brayenin bəyanatından danışdı - VİDEO

Tofiq Zülfüqarov Ceyms O`Brayenin bəyanatından danışdı - VİDEO Siyasət

“Azərbaycanın prinsipial məsələlərdəki qətiyyətli mövqeyini Birləşmiş Ştatlarda yaxşı başa düşürlər”.

Bunu RTV-yə açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Prezident İlham Əliyevlə ABŞ-nin dövlət katibi Entoni Blinken arasındakı telefon danışığını şərh edərkən bildirib. 

O həmçinin rəsmi Bakının ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayenin səfərinə rəsmi şəkildə icazə verilməsini də şərh edib. 

“Amerikada siyasi elitanın bir çox nümayəndələri dərk ediblər ki, Azərbaycan hansısa təzyiqlər nəticəsində öz mövqeyini dəyişən deyil. İlk növbədə bizim tələbimiz onunla bağlıdır ki, bizə qarşı ədalətsiz mövqeyini sərgiləyən bu və ya digər ölkələrin nümayəndələri gələcəkdə göstərəcəkləri vasitəçilik cəhdlərinə nail olmayacaqlar. Azərbaycan tərəfi O`Brayenin səfərinə icazə verməklə, axırıncı dəfə ona imkan yaradır ki, öz bəyanatlarına aydınlıq gətirsin. Hesab edirəm ki, bu, normal diplomatik cavabdır. Əminəm ki, ABŞ-da lazımi səviyyədə addımlar atılacaq ki, iki ölkə arasında münasibətlərin normal vəziyyətə qaytarılması üçün əsaslar yaransın”.

Fərid Azəri