Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi

Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi Siyasət

Bu tarixi diyarlardan olan azərbaycanlı şair Bəxtiyar Vahabzadə bizə belə bir ibrətli kəlam miras qoyub: “Türkün başqa türklə düşmənçilik etməyə haqqı yoxdur!”

News24.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında səsləndirib.

“Biz ulu babalarımızın müdrik sözlərinə sadiq qalırıq və bütün dünyaya nümayiş etdiririk ki, türklər birliyə sadiq bir qandan olan qardaşdırlar”, – deyə Kasım-Jomart Tokayev vurğulayıb. (AZƏRTAC)