Tokayevdən "Orta Asiya + Azərbaycan" formatı ilə bağlı açıqlama

Tokayevdən "Orta Asiya + Azərbaycan" formatı ilə bağlı açıqlama Siyasət

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Orta Asiya + Azərbaycan" formatının yaradılmasını tarixi qərar adlandırıb.

News24.az Qazaxıstan Prezidenti "Orta Asiya + Azərbaycan" formatında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə bildirib:

"Bu gün biz Azərbaycanı formatımıza tamhüquqlu iştirakçı kimi qəbul etmək barədə tarixi bir qərar qəbul etdik".

Tokayev əmin olduğunu bildirib ki, Azərbaycan yeni potensialında regional əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək.