"Toy mərasimlərində kabablar zibilə atılır" - Razi Nurullayev

"Toy mərasimlərində kabablar zibilə atılır" - Razi Nurullayev Siyasət

"Azərbaycanda toy mədəniyyəti ilə bağlı bir sıra problemlər var".

News24.az xəbər verir ki, bunu Milli Məclisin dekabrın 16-da keçirilən iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib O bildirib ki, toy mərasimlərində israfçılıq artıq ciddi həddə çatıb və kabab kimi yeməklərin zibilə atılması halları müşahidə olunur:

"Bu, sosial məsuliyyət məsələsidir, çünki eyni zamanda ət almaqda çətinlik çəkən vətəndaşlar da var. Toyların səs-küy problemi ilə bağlı da narahatlıqlar var. Bəzi şadlıq saraylarında səsi udan xüsusi avadanlıqlardan istifadə olunmur və nəticədə yüksək səs insanlarda eşitmə və digər sağlamlıq problemlərinə səbəb olur".

Deputat təklif edib ki, şadlıq evlərinə lisenziya verilərkən bu kimi məqamlar mütləq nəzərə alınsın və qeyd olunan tələblər qanunvericiliklə tənzimlənsin:

"Bu addımlar həm ictimai rahatlığın təmin olunmasına, həm də toy mədəniyyətinin daha sağlam formada inkişafına xidmət edər".