“Tramp marşrutu”nu müzakirə etmək üçün Ermənistana səfər etdi

“Tramp marşrutu”nu müzakirə etmək üçün Ermənistana səfər etdi Siyasət

ABŞ dövlət katibinin müavini Alison Huker Ermənistana səfər edib.

News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

Diplomatın ölkənin ali rəhbərliyi ilə Sünikdən keçən “Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsi, İrəvan və Vaşinqton arasında əldə olunmuş razılaşmalar, o cümlədən ilin əvvəlində imzalanmış strateji tərəfdaşlıq sənədi və eləcə də Ermənistan–Türkiyə prosesi barədə müzakirələr aparacağı qeyd edilib.

Huker İrəvanda baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyanla görüşəcək.