Tramp: "Putin güzəştə gedəcək"

Tramp: "Putin güzəştə gedəcək" Siyasət

ABŞ prezidenti Donald Tramp 23 yanvar tarixində BƏƏ-də keçiriləcək Rusiya–Ukrayna–ABŞ üçtərəfli görüşün istənilən halda müsbət hadisə olduğunu bildirib.

News24.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, sələfi Co Baydenin hakimiyyətdə olduğu ilk üç il ərzində ümumiyyətlə heç bir görüş baş tutmayıb.

“Bilirsinizmi, əgər görüşməsəniz, heç nə baş verməz. Ona görə də biz görüşürük. Görək bundan nə çıxacaq. Ümid edirəm ki, çox həyat xilas edə biləcəyik, məsələ də elə budur”, - deyə o əlavə edib.

Tramp Vladimir Putinin sülh nizamlanması çərçivəsində güzəştlərə razılaşacağına əmin olduğunu bildirib:

“O, güzəştə gedəcək. Münaqişənin bitməsi üçün hamı güzəştə gedəcək. Avropa da bunun bir hissəsi olacaq. Bu, Avropa üçün mənə nisbətən daha faydalıdır. Mən bunu özüm üçün yox, daha çox Avropa üçün edirəm. Mənim bunu reallaşdırmaq imkanım var. Gəlin baxaq, buna nail ola biləcəyikmi”.