Tramp: Qəzza üçün yaradılan “Sülh Şurası” digər ərazilərə də genişlənə bilər

Tramp: Qəzza üçün yaradılan “Sülh Şurası” digər ərazilərə də genişlənə bilər Siyasət

ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə sülh təşəbbüsü çərçivəsində formalaşdırılan “Sülh Şurası”nın gələcəkdə başqa regionlarda da tətbiq oluna biləcəyini istisna etməyib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə “WABC” radiosuna müsahibəsində danışıb.

Onun sözlərinə görə, prosesin düzgün istiqamətdə getməsi üçün bu mexanizm yaradılıb və zərurət yaranarsa, fəaliyyət dairəsi digər əraziləri də əhatə edə bilər.