Tramp xahiş etdi: Rusiya fevralın 1-dək...

Tramp xahiş etdi: Rusiya fevralın 1-dək... Siyasət

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə 1 fevrala qədər Kiyevə zərbələrdən çəkinməyi xahiş edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin qeyd edib ki, Putin Ukrayna Prezidentini heç yerə dəvət etməyib və görüşü istəyən tərəf məhz Zelenskinin özü olub.