Trampa Netanyahu arasında qalmaqal: İrana görə narazılıq yarandı
Siyasət
ABŞ prezidenti Donald Trampla və İsrailin baş naziri Benyamin Netanyahu arasında İranla bağlı addımların müzakirəsi mövzusunda fikir ayrılığı yaranıb.
News24.az xəbər verir ki, ABŞ lideri mayın 19-da Netanyahu ilə telefon danışığının təfərrüatlarını bölüşüb. Onlar İranla bağlı razılığa gəlmək səylərini müzakirə ediblər.
Məlumata görə, Tramp və Netanyahu görüləcək tədbirlər barədə fikirlər haçalanıb. Danışıqdan sonra İsrail Baş nazirinin "panikaya düşdüyü" bildirilir.
Məlumata görə, Tramp Netanyahuya vasitəçilərin hər ikisinin olduğunu bildirib. Həmçinin iddia edib ki, onlar İranın nüvə proqramı və Hörmüz boğazının açılması kimi məsələlərin əks olunduğu və müharibəyə rəsmi olaraq son qoyulacaq 30 günlük danışıqlar prosesinə start verən "niyyət məktubu" üzərində işləyirlər.
Netanyahunun isə qarşıdakı həftələrdə Trampla görüşmək üçün Vaşinqtona səfər etmək istədiyi bildirilib.