Trampdan bu ölkələrə sərt XƏBƏRDARLIQ

Trampdan bu ölkələrə sərt XƏBƏRDARLIQ Siyasət

ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı təəccüblü iddia irəli sürüb.

News24.az xəbər verir ki, ABŞ Prezidentinin sözlərinə görə, Kubanın əsas təchizatçısı olan Venesuela ölkəyə neft və maliyyə göndərməyi dayandırıb, bu səbəbdən Kuba yaxın vaxtlarda dağılacaq.

Tramp eyni zamanda ABŞ-nin daha bir hərbi gəmisinin İrana doğru hərəkət etdiyini açıqlayıb. O, Tehranın Vaşinqtonla razılaşmaya gələcəyinə ümid etdiyini deyib.

ABŞ prezidenti İraqla bağlı da mövqeyini sərt ifadə edib. Tramp Nuri əl-Malikinin yenidən İraqın baş naziri seçilə biləcəyinə dair xəbərləri tənqid edib. O bildirib ki, Maliki hakimiyyətdə olarsa, ABŞ İraqa artıq dəstək verməyəcək. Trampın sözlərinə görə, ABŞ-nin köməyi olmadan İraqın inkişaf və sabitlik şansı yoxdur.