Trampdan mesaj: "Bəsdir artıq!"
Siyasət
ABŞ prezidenti Donald Tramp Yaponiyaya yola düşərkən Rusiya prezidenti Vladimir Putinə çağırış edib.
News24.az xəbər verir ki, o, Putindən raket sınaqları ilə məşğul olmaq əvəzinə müharibəyə son qoymağı istəyib. Tramp həmçinin Kanada və Çinlə ticarət münasibətləri, "TikTok" razılaşması və Asiya səfəri barədə də açıqlamalar verib.
Jurnalistlərin suallarını cavablandıran Tramp həmçinin Kanadanın ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın sözlərini təhrif etdiyini bildirib. Onun sözlərinə görə, Kanada uzun illərdir ki, Amerikanı soyur, amma artıq buna son qoyulacaq.
Tramp əlavə edib ki, Kanadanın yayımladığı reklam materialı üçün gec üzr istənilib və bu səbəbdən Kanada rəhbərliyi ilə yaxın vaxtlarda görüş planlaşdırmadığını açıqlayıb.