Üçtərəfli görüş bitdi, Bakı nə qazandı? - Lavrovun ŞƏRHİ

Üçtərəfli görüş bitdi, Bakı nə qazandı? - Lavrovun ŞƏRHİ Siyasət
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Arart Mirzoyan ilə danışıqların yekunlarına dair açıqlama verib.

News24.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəmsi nümayəndəsi Mariya Zaxarova paylaşım edib.

Lavrovun şərhini təqdim edirik.

“Bu gün biz Moskvada Ermənistan və Azərbaycan münasibətləri, eləcə də Qarabağ nizamlanması ilə bağlı bir sıra görüşlər keçirdik. Əvvəlcə Azərbaycandan olan həmkarlarım Ceyhun Bayramov və Ermənistandan olan Ararat Mirzoyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər oldu. Sonra üçümüz görüşdük.

Ayrı bir mövzu sülh müqaviləsidir. Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda digər vasitəçilərin də cəlb olunması ilə aktiv şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan prezidentləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində iş, əlbəttə ki, əsasdır.Amma bizim tərəfdaşlarımız bu gün təsdiqlədilər ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və iqtisadi kommunikasiyalar bloku açılmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyəti ümumi yaxşılaşmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir. 

Bütün bunları kompleks şəkildə müzakirə etdik. Həmkarlar liderlərimizin qeyd olunan üçtərəfli bəyanatlarında əksini tapmış ümumi səylərdə və qeyd etdiyim hər bir sahədə davam edən təmaslarda aparıcı rola görə Rusiya tərəfinə minnətdarlıqlarını bildirdilər.

Gələn həftə baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələlərinə dair iclası keçiriləcək. Ümid edirik ki, nəticə müsbət olacaq. Artıq tərəflər yekun razılaşmaya yaxındırlar.

Sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə əsasən, hər iki tərəfin anlaşmasını ümumi baxışa yaxınlaşdırmaq mümkün idi”, - Lavrov qeyd edib

Turan