Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi Siyasət
Ukrayna səfiri Vladislav Kanevski humanitar yardımla əlaqədar Azərbaycana təşəkkür edib.

News24.az xəbər verir ki, səfir Twitter səhifəsində yazıb: 

“Ukrayna son dərəcə vacib humanitar yardım almağa başladı: Rusiya Federasiyasının silahlı təcavüzündən zərər çəkmiş şəxslərə dərmanlar və tibbi avadanlıqlar verilir. Biz Ukraynaya əməli dəstəyə görə dost Azərbaycana dərin təşəkkürümüzü bildiririk”.