“Ukrayna sülh danışıqları dalana dirənib”

“Ukrayna sülh danışıqları dalana dirənib” Siyasət

Ukrayna üzrə sülh prosesi faktiki olaraq irəliləmir və Avropa İttifaqı (Aİ) Moskvanı danışıqlara sövq etmək üçün ona təzyiqi davam etdirmək niyyətindədir.

News24.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ Xarici İşlər Şurasının inkişaf məsələləri üzrə iclasından əvvəl bildirib.

"Biz görürük ki, sülh danışıqları dalana dirənib. Əslində orada heç nə baş vermir", - o, jurnalistlərə bildirib.

Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, Aİ Rusiyanın mövqelərini kifayət qədər güclü hesab etmir və Moskvanın dialoqa qayıtmasına nail olmaq üçün təzyiqi artırmağı nəzərdə tutur.

O, həmçinin Çinin roluna diqqət çəkərək, Moskva ilə sıx əlaqələr saxlayan Pekinin vəziyyətin gedişatına təsir göstərə biləcəyini vurğulayıb.

"Rusiya ilə yaxın münasibətləri olan Çin də həqiqətən onları bu müharibəni dayandırmağa inandırmaq üçün rol oynayır", - o qeyd edib.

Kiyevə maliyyə dəstəyi ilə bağlı sualı cavablandıran Kallas bildirib ki, Ukrayna üçün yeni kreditin ilk tranşının iyunun birinci yarısında köçürülməsi planlaşdırılır: "Biz bunun üzərində işləyirik, şərtlər artıq hazırdır". (report.az)