Ukraynadan daha 184 Azərbaycan vətəndaşı ölkəyə gətirildi - FOTO

Ukraynadan daha 184 Azərbaycan vətəndaşı ölkəyə gətirildi - FOTO Siyasət
Ukraynadan təxliyə edilən daha bir qrup Azərbaycan vətəndaşı Rumıniyadan ölkəyə gətirilib.

News24.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter'də" yazıb.

O qeyd edib ki, indiyədək baş tutan 7 çarter reysi ilə 1295 vətəndaş Azərbaycana gəlib.