Ukraynadan təxliyə edilən daha 180 azərbaycanlı Bakıya gəldi

Ukraynadan təxliyə edilən daha 180 azərbaycanlı Bakıya gəldi Siyasət
Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib.

Bu barədə News24.az-a Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, indiyədək baş tutan 8 çarter reysi ilə 1 475 həmvətənimiz Azərbaycana gəlib.