"Ukraynaya hərbi yardım üçün pulumuz demək olar tükənib"
Siyasət
Amerika Birləşmiş Ştatlarının Ukraynaya hərbi yardım göndərmək üçün vaxtı da pulu da bitib.
News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Bizim Kiyevi dəstəkləmək üçün ayrılan pulumuz demək olar ki, tükənib və vaxtımız da yoxdur”, - deyə o bildirib.
Blinken ABŞ Konqresindən Ukraynaya yeni yardımların ayrılması məsələsinə tez bir zamanda baxılmasını tələb edib.