Vahid Əhmədovdan səhhəti ilə bağlı SON DƏQİQƏ açıqlaması: - “2-3 gündür...”

Vahid Əhmədovdan səhhəti ilə bağlı SON DƏQİQƏ açıqlaması: - “2-3 gündür...” Siyasət

Xəbər verildiyi kimi, Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində problem yarandığı iddia edilir.

News24.az xəbər verir ki, millət vəkili Musavat.com-a bu barədə açıqlama verib:

“Yalan söhbətdir. Bu məlumat necə yayılıb bilmirəm. Mən ildə 1 dəfə Türkiyəyə gəlib müayinədən keçirəm. 2-3 gündür buradayam. Sağlamlığım normaldır, heç bir problemim yoxdur. Hazırda müayinələr aparılır. Yəqin ki, 2-3 günə ölkəyə qayıdacam”.