"Azərbaycan ordusu dünyada layiqli yeri tutur" - FOTO
Siyasət
"Çar Rusiyası dövründə başlayan və SSRİ zamanında da davam edən azərbaycanlı gənclərin zabit kimi yetişməsinin müxtəlif yolla əngəllənməsi sterotipi var idi. Heydər Əliyev bu sterotipi dağıtmağı bacardı".
News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı konfransda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov deyib.
Anar Eyvazov bildirib ki, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və həmin liseyə azərbaycanlı gənclərin qəbul edilməsinin prioritet olaraq saxlanılması bu sterotipi dağıtdı.
Onun sözlərinə görə, Ulu Öndərin ordu quruculuğunda ən böyük xidmətindən biri dünya təcrübəsinin tətbiq edilməsi oldu.
A.Eyvazov əlavə edib ki, Vətən müharibəsi Azərbaycan ordusu üçün böyük təcrübə oldu:
“Ali Baş Komandanın iştirakı ilə yeni komanda məntəqələrinin yaradılması, ordunun müasir silah və texnologiya ilə təchiz edilməsi bir daha göstərdi ki, Azərbaycan ordusu necə qüdrətlənir. Ali Baş Komandan Füzuli sakinləri ilə görüşü zamanı bildirdi ki, indiki ordu Vətən Müharibəsində qələbə qazanan ordudan da qüdrətlidir. Lokal antiterror tədbirləri də bunun bariz nümunəsidir. Müsadirə edilən silah və texnika göstərdi ki, Ali Baş komandan lokal antiterror tədbirləri üçün vaxtında və dəqiq qərar verib”.
Qumral