Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi Siyasət

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.

News24.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Füzuli İmrəliyev Agentlik rəisi general-mayor Sərdar Səfərovun müavini vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, Füzuli İmrəliyev daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) çalışıb. Sonradan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Kobra” xüsusi təyinatlı dəstəsinin komandiri olub. Sonuncu vəzifədə xidmət edərkən Vətən Müharibəsi zamanı bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib. Daşaltı əməliyyatı zamanı yaralanan İmrəliyev müxtəlif orden və medallarla təltif edilib. (Qafqazinfo)