Vüqar Bayramov: 22 ildə Azərbaycan iqtisadiyyatı qlobal inkişafdan ikiqat sürətlə böyüyüb

Vüqar Bayramov: 22 ildə Azərbaycan iqtisadiyyatı qlobal inkişafdan ikiqat sürətlə böyüyüb Siyasət

"Azərbaycan dövlət başçısı İlham Əliyevin 22 illik prezidentlik dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb".

News24.az xəbər verir ki, bunu Milli Məclisin dekabrın 23-də keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

"Bu müddətdə qlobal ümumi daxili məhsul 39.3 trilyon dollardan 113.8 trilyon dollaradək artıb. Yəni, dünya iqtisadiyyatında 2.9 dəfə artım qeydə alınıb. Bu isə o deməkdir ki, həmin müddətdə Azərbaycan iqtisadiyyatında artım faizi qlobal inkişaf dinamikasını ən azı 100 faiz bənd üstələyib.

Həmin müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb. Qlobal ticarət dövriyyəsi isə sözügedən arada 9.14 trilyon dollardan 33.0 trilyon dollaradək yüksəlib. Yəni, həmin müddətdən qlobal ticarət 3.6 dəfə artıb. Deməli, Azərbaycan ticarət dövriyyəsi son 22 ildə qlobal ticarət ilə müqayisədə 3 dəfə bənd daha çox artıb".

O qeyd edib ki, fiskal gəlirlərimiz və eləcdə qeyri-resurs ÜDM-dəki artım faizləri də yüksək artım faizləri ifadə olunur:

"Bu isə ondan xəbər verir ki, son 22 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi Azərbaycan iqtisadiyyatındakı və eləcə də digər makro-iqtisadi göstəricilərdəki artım faizi qlobal orta artım faizlərini üstələyib".