XİN-dən Pakistana təbrik
Siyasət
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanı 23 Mart − Pakistan Günü münasibətilə təbrik edib.
News24.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Qardaş Pakistan xalqını və hökumətini ölkənin Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Milli gününüz mübarək, Pakistan!” - paylaşımda deyilir.