"Yeni Konstitusiya qəbul edilsə..." — Paşinyan Bakıdan cavab gözləyir
Siyasət
Ermənistan yeni Konstitusiyanın qəbul edilməsinin Azərbaycanla sülhün bərqərar olması üçün kifayət edəcək şərt olub-olmadığını və sülh sazişinin imzalanmasının bütün mübahisəli məsələlərin yekun həlli anlamına gəlib-gəlmədiyini aydınlaşdırmaq niyyətindədir.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlama verib.
"Ermənistan yeni Konstitusiyanı qəbul etdikdə Azərbaycanla sülh sazişi imzalanacaqmı? Bəs sazişin imzalanması Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə münaqişə gündəliyinin qalmayacağı, hərtərəfli sülhün bərqərar olması demək olacaqmı?" — deyə Paşinyan bildirib.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifəti ictimai təzyiq yaratmaq yolu ilə yeni Konstitusiyanın qəbulu məsələsində dəstəyə nail olacağı ilə hədələmişdi.