Yunanıstan Bakı-İrəvan razılaşmasını alqışladı
Siyasət
Yunanıstan Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaları alqışlayır.
News24.az xəbər verir ki, bu barədə Yunanıstanın Ermənistandakı səfirliyinin bəyanatında deyilir.
"Biz hər iki tərəfin, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində irəliləyişə töhfə verən ABŞ hökumətinin səylərini yüksək qiymətləndiririk.
İki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması və ratifikasiyası, əsas prinsipləri suverenlik və ərazi bütövlüyü olacaq davamlı sülhün və rifahın təmin edilməsi yolunda növbəti addım olacaq", - bəyanatda bildirilir.