Zakir Həsənov rəisi işdən çıxardı
Siyasət
Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi polkovnik Rəşad Babayev vəzifəsindən azad olunub.
News24.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Hazırda MN-in Maliyyə-Büdcə İdarəsinin rəisi vəzifəsini rəis müavini Vüqar İbrahimov icra edir.
Xəbəri rus dilində oxuyun: Закир Гасанов уволил главу управления Минобороны
Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.