Zaxarova: NATO Rusiya ilə bütün əlaqələri tam məhv edib!
Siyasət
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Rusiya–NATO Şurasını ləğv etmə planlarına münasibət bildirib.
News24.az xəbər verir ki, TASS Agentliyinə açıqlamasında Zaxarova deyib ki, alyans artıq Moskva ilə bütün normal əlaqələri dağıdıb və buna görə belə qərarların real əhəmiyyəti yoxdur.
O həmçinin NATO-nun aqressiv ritorika və addımlarla nəyə nail olmaq istədiyini sorğulayıb. Qeyd olunur ki, Rusiya–NATO münasibətləri 2014-cü ildən sonra kəskin şəkildə pisləşib, 2019-cu ildən isə dialoq faktiki olaraq dayanıb.