Zelenski və Baydenin görüş tarixi dəyişdirildi
Siyasət
Ukrayna prezidenti Vladimir Zelenskinin amerikalı həmkarı Co Baydenlə görüşü 1 sentyabr tarixində baş tutacaq.
News24.az xəbər verir ki, bu barədə Zelenskinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ukrayna prezidenti bu gün ABŞ-a yola düşəcək.
Qeyd edək ki, Vladimir Zelenski və Co Baydenin görüşü 31 avqust tarixinə planlaşdırılmışdı.