Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi - FOTO

Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi - FOTO Siyasət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinin müdiri Elton Məmmədov vəzifəsindən azad edilib. 

News24.az Qaynarinfo-ya istinadla bildirir ki, Samir Hüseynov sözügedən şöbənin müdiri təyin olunub. 

Elton Məmmədov isə yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib. Bununla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri olan Elton Məmmədov həm də keçmiş deputatdır. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. 


Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi - FOTO