100 yaşlı müəllimə: yarım əsrlik ömrün ən gözəl adı - müəllimlik

100 yaşlı müəllimə: yarım əsrlik ömrün ən gözəl adı - müəllimlik Sosial

Yeni dərs ili ərəfəsində uzun illər müəllimlik fəaliyyəti göstərmiş 100 yaşlı Səfiyyə Mehdiyeva ilə bağlı paylaşım diqqət çəkib.

News24.az xəbər verir ki, Səfiyyə Mehdiyeva yarım əsrə yaxın Naxçıvanda məktəbdə fizika və riyaziyyat fənlərini tədris edib. Onun keçmiş şagirdləri bu gün də müəllimlərini minnətdarlıqla xatırlayırlar.

Qeyd olunur ki, Səfiyyə Mehdiyevanın bir neçə gün əvvəl 100 yaşı tamam olub.

O, hər kəsə uzun ömür və möhkəm cansağlığı arzulayır. 100 yaşının sirrindən danışarkən isə zarafatla “Əgər 100 il yaşamamısınızsa, deməli, günah özünüzdədir” deyir.

Yeni tədris ili münasibətilə Səfiyyə Mehdiyevaya möhkəm cansağlığı, bütün müəllimlərə isə uzun ömür və illər keçsə də, minnətdarlıqla xatırlanmaq arzu olunub.