İlham Əliyev yeni icra başçısı təyin etdi

İlham Əliyev yeni icra başçısı təyin etdi
SOSİAL / SİYASƏT

05 fevral 2019, 14:50

Mətn ölçüsü

Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu barədə müvafiq sərəncamı fevralın 5-də prezident İlham Əliyev imzalayıb.

Xatırladaq ki, ötən ilin dekabrın 28-də Gülağa Bayram oğlu İslamov Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

Yeni təyin olunan icra başçısı - Elşən Salahov Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində, daha sonra, 2018-ci ilin sentyabr ayından Xəzər rayon icra başçısının birinci müavini vəzifəsində çalışıb.

//AZƏRTAC